İDMAN
1 dəqiqə oxuma
Kristiano Ronaldo futbolu buraxır?
K.Ronaldonun bu mövsümdəki çıxışı onun tarixi hədəfinə çatıb-çatmayacağını müəyyənləşdirəcək
Kristiano Ronaldo futbolu buraxır?
Kristiano Ronaldo futbolu buraxır?

Dünyaca məşhur futbolçu Kristiano Ronaldo rekordlarla dolu karyerasının ardından peşəkar futbolçu həyatında son mərhələyə qədəm qoymaq istədiyinə dair mesaj verib.

5 dəfə "Qızıl top" (Ballon d'Or) mükafatını qazanan 41 yaşlı portuqaliyalı ulduz xanımı Corcina Rodriqes ilə evləndikdən sonra "Vogue" jurnalına açıqlama verib. Təcrübəli hücumçu müsahibəsində deyib: "Bu, çox guman ki, futbol karyeramın son ilidir. Özümdən sonraya möhtəşəm bir miras qoymaq istəyirəm".

Gələcəyini tam şəkildə planlaşdırdığını bildirən K.Ronaldo ailəsi ilə daha çox vaxt keçirməyi səbirsizliklə gözlədiyini vurğulayıb.

Futboldan sonra yaranacaq boşluğu fərqli məşğuliyyətlərlə dolduracağını ifadə edən təcrübəli oyunçu səyahət etmək, həvəskarı olduğu padel oynamaq və 25 illik əzminin ardından əldə etdiyi uğurların dadını çıxarmaq istədiyini diqqətə çatdırıb.

 

1000 qol hədəfi

Bu yay Portuqaliya milli komandası ilə karyerasının altıncı Dünya çempionatında çıxış edən və rəqib qapılarına yol taparaq yeni rekorda imza atan K.Ronaldo indiyədək klub və milli komanda karyerasında ümumilikdə 976 qol vurub.

"Mançester Yunayted", "Real Madrid" və "Yuventus" kimi nəhəng klubların şərəfini qorumuş ulduz futbolcu karyerası ərzində 1000 qol həddini keçməyi hədəfləyir.

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" təmsilçisi ilə müqaviləsinin son ilinə daxil olan K.Ronaldonun bu mövsümdəki çıxışı onun tarixi hədəfinə çatıb-çatmayacağını müəyyənləşdirəcək.

MƏNBƏ:TRT
Araşdırma
160-dan çox idmançı İrlandiya-İsrail oyununu boykot etməyə çağırıb
Türkiyənin qadınlardan ibarət voleybol komandası Avropa çempionu oldu
Türkiyənin qadınlardan ibarət milli voleybol komandası yarımfinala vəsiqə qazanıb
Prezident Aparatının 7-ci Beynəlxalq Yaxta Yarışlarının "Zəfər Kuboku" mərhələsi başa çatıb
Malatyada 9-cu Beynəlxalq Qızıl Ərik şahmat turniri keçirilir
Türkiyə millisi Almaniyaya qarşı 3-1 qələbə qazandı
Dieqo Maradonanın "Tanrının əli" topu hərracda 3,35 milyon dollara satıldı
İranlı qadın futbolçular sığınacaq tələbindən sonra Avstraliya vətəndaşı oldular
Məhəmməd Salah artıq "Trabzonspor" üçün qol vuracaq
Türkiyənin qadınlardan ibarət voleybol millisi Millətlər Liqasında ikinci dəfə çempion oldu
İspaniya millisi FIFA reytinqində zirvəyə yüksəldi
Fransa İsveçi məğlub edərək 1/8 finala yüksələn növbəti komanda oldu
Türkiyə millisi 2026 FİFA Dünya Çempionatı turnirində sonuncu matçına çıxdı
Türkiyə FIBA 2027 Dünya Kubokunun seçmə mərhələsində liderliyini qoruyur
İran milli komandasının media heyəti ABŞ vizası ala bilməyi üçün Dünya Çempionatına gedə bilmədi
Dünya çempionatı Meksikanın qələbəsi və rəsmi açılış mərasimi ilə start götürdü
Türkiyə millisi DÇ ərəfəsində Floridada ilk məşqinə çıxdı
FIFA Dünya Çempionatında 48 ölkədən 1248 futbolçu iştirak edəcək
Türkiyə millisi artıq ABŞ-dədir
Türkiyə millisinin DÇ-2026 üçün yekun heyəti açıqlandı