TÜRK DÜNYASI
1 dəqiqə oxuma
Prezident R.T.Ərdoğan 27 Sentyabr Anım Günü münasibətilə paylaşım edib
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağın Azərbaycan torpağı olduğunu və əbədi olaraq da elə qalacağını vurğulayan mesaj paylaşıb
Prezident R.T.Ərdoğan 27 Sentyabr Anım Günü münasibətilə paylaşım edib
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan 27 Sentyabr Anım Günü münasibəti ilə bağlı sosial şəbəkə hesabında mesaj paylaşıb.

Prezident R.T.Ərdoğanın mesajında deyilir:

"Dost və qardaş Azərbaycanın Anım Günü münasibətilə Qarabağı işğaldan azad etmək və azadlığına qovuşdurmaq üçün mübarizə aparan qəhrəman şəhidlərimizi rəhmətlə, qazilərimizi isə ehtiramla yad edirəm. Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq da elə qalacaqdır."

MƏNBƏ:TRT