İDMAN
2 dəqiqə oxuma
Türkiyənin qadınlardan ibarət voleybol millisi Millətlər Liqasında ikinci dəfə çempion oldu
Türkiyə millisi ardıcıl səkkizinci dəfə yüksəldiyi final mərhələsində Braziliya yığmasını 3:1 hesabı ilə məğlub edib
Türkiyənin qadınlardan ibarət voleybol millisi Millətlər Liqasında ikinci dəfə çempion oldu
Türkiyənin qadınlardan ibarət voleybol millisi Millətlər Liqasında ikinci dəfə çempion oldu

Türkiyənin qadınlardan ibarət milli voleybol komandası 2026-cı il FIVB Millətlər Liqasının finalında Braziliyanı 3:1 hesabı ilə üstələyərək turnirdə ikinci dəfə zirvəyə ucalıb.

Həlledici qarşılaşma iyulun 26-da Çinin Makao Xüsusi İnzibati Ərazisində yerləşən “Şərqi Asiya Oyunları Zalı”nda keçirilib. Dünya reytinqində ikinci sırada qərarlaşan Braziliya ilə qarşılaşan Türkiyə seçməsi matçı 3:1 hesabı ilə qələbəylə başa vuraraq kuboka sahib çıxıb.

Xatırladaq ki, Türkiyə yığması Millətlər Liqasında ilk çempionluğunu 2023-cü ildə əldə etmişdi. Komanda 2026-cı il zəfəri ilə turnirdəki ikinci qızıl medalını qazanmış oldu.

Qeyd edək ki, 2018-ci ildən keçirilən bu yarışda Türkiyə millisi ardıcıl səkkizinci dəfə final mərhələsində mübarizə aparıb. Türkiyə yığması turnirdəki medallarının sayını iki qızıl, bir gümüş və bir bürünc olmaqla dördə çatdırıb. Beləliklə, o, qadınlar ibarət voleybol üzrə yarış tarixinin en uğurlu komandalarından biri olaraq qalmaqdadır.

 

Santarelli ilə uğurlar davam edir

2023-cü ildə komandanın sükanı arxasına keçən italiyalı baş məşqçi Daniele Santarelli Türkiyə millisi ilə üçüncü qızıl medalını qazanıb.

D.Santarellinin rəhbərlik etdiyi milli komanda 2023-cü il Avropa Çempionatı, eləcə də 2023 və 2026-cı illər Millətlər Liqası çempionluqlarından başqa, 2025-ci il FIVB Qadınlararası Dünya Çempionatında gümüş medala sahib çıxmışdı.

Türkiyə millisi həmçinin 2024-cü il Paris Yay Olimpiya Oyunlarında bürünc medal uğrunda matçda uduzduğu Braziliyadan iki il sonra qisasını alıb. Komanda bu dəfə rəqibini Millətlər Liqasının finalında məğlub etməyi bacarıb.

Braziliya isə turnir tarixində beşinci final məğlubiyyətini yaşayıb. Cənubi Amerika təmsilçisi daha əvvəl 2018, 2019 və 2021-ci illərin finallarında ABŞ-yə, 2025-ci ilin finalında isə İtaliyaya uduzmuşdu.

MƏNBƏ:TRT