MƏDƏNİYYƏT
1 dəqiqə oxuma
Beynəlxalq Şekspir Festivalı ABŞ-də mükafata layiq görüldü
Türkiyənin İsparta şəhərində keçirilən festival incəsənət vasitəsilə beynəlxalq mədəni dialoqun təşviqinə görə bu mükafata layiq görülüb
Beynəlxalq Şekspir Festivalı ABŞ-də mükafata layiq görüldü
Türkiyə Beynəlxalq Şekspir Festivalı ABŞ-də mükafata layiq görülüb / Reuters

2018-ci ildən bəri Süleyman Dəmirəl Universiteti tərəfindən İsparta Bələdiyyəsi ilə əməkdaşlıqda Türkiyədə təşkil edilən Beynəlxalq Şekspir Festivalı Amerika Şekspir Assosiasiyasının əlamətdar mühafatına layiq görülüb.

Assosiasiyanın 54 illik tarixində bu mükafatın ilk dəfə ABŞ-dən kənar bir layihəyə verilməsi səbəbilə layihə "İctimai Töhfə" kateqoriyasında mükafatlandırılıb.

İsparta Vilayət Mədəniyyət və Turizm Müdirliyinin dəstəyi ilə həyata keçirilən festival mədəni və sosial təsiri və beynəlxalq əhatə dairəsi ilə tanınıb.

Cari il 4-18 may tarixləri arasında Türkiyənin cənub-qərbindəki İsparta və Antalya şəhərlərində altıncı dəfə keçirilən tədbir teatr tamaşalarını, akademik konfransları, radio yayımlarını və interdisiplinarlıq fəaliyyətləri bir araya gətirir.

Dünyanın ən yeni Şekspir festivallarından biri olmasına baxmayaraq, Polşada yerləşən Avropa Şekspir Festivalları Şəbəkəsinin (ESFN) üzvü olub və 2022-ci ildə Avropa Şekspir Festivalları Assosiasiyası tərəfindən akkreditasiyadan keçib.

Denverdə keçirilən mükafatlandırma mərasimində çıxış edən festival təşkilat komitəsinin üzvü İlker Özçelik mükafatın incəsənət və ədəbiyyatın birləşdirici və müalicəvi gücünü əks etdirdiyini bildirib.

Amerika Şekspir Assosiasiyasının prezidenti Ruben Espinosa festivalın beynəlxalq formatını və geniş sosial təsirini yüksək qiymətləndirərək onu "qlobal səviyyədə tanınmağa layiq bir model" adlandırıb.