ABŞ-nin Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) rəhbər müavini Mett Anderson Türkiyənin "Artemis Razılaşmaları"nı imzaladığına diqqət çəkərək bunları deyib: "Hazırda Artemida sazişləri“nə daxil olan 76 ölkə var. Bununla belə, Türkiyə razılaşmanın digər bütün üzvləri ilə birlikdə bizimlə addımlaya və Ay bazamızı inşa etməyə kömək edə bilər. Bu, Türkiyənin mühəndislərinə, elm adamlarına, hətta bəlkə də astronavtlarına və “Artemida sazişləri”nin bütün üzvlərinin Ay bazasını qurmasına töhfə verə biləcək bütün texnologiyalara kömək edə bilər. Kosmos Türkiyə üçün milli prioritetdir və “Artemida sazişləri”nin imzalanması ilə aydın görünür ki, Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyində bu sahə Türkiyə üçün milli prioritetə çevrilib. Sırf buna görə də bu tərəfdaşlığı səbirsizliklə gözləyir və bunun hara qədər gedəcəyini görəcəyik".
İstanbulda keçirilən 77-ci Beynəlxalq Kosmos Konqresində (IAC) AA (Anadolu agentliyi) müxbirinə müsahibə verən Anderson ötən ay ABŞ tərəfindən kosmosa silah yerləşdirilməsinin açıqlanmasına toxunaraq, Amerikanın hazırda kosmosun hər üç sahəsində də lider olduğunu bildirib.
Anderson deyib: "Bizim məsələyə yanaşma tərzimiz, NASA-nın kosmosun dinc məqsədlərlə kəşfi ilə kosmosun milli təhlükəsizlik tərəfini (ABŞ Kosmik Qüvvələri və Kosmik Komandanlığı) bir-birindən ayırmaqdır. Ona görə də NASA olaraq bizim diqqət yetirdiyimiz və digər hökumət agentlikləri ilə tərəfdaşlıq qurmaqdan məmnun olduğumuz mühüm fərq budur".
Çinin Aya ABŞ-dən əvvəl qədəm qoymaq ehtimalına toxunan Anderson 1960 və 1970-ci illərdə kosmik yarışı qazandıqlarını xatırladıb.
Anderson sözlərinə belə davam edib: "Hazırda mülki kosmik yarış olaraq gördüyüm 'Kosmos Yarışı 2.0' istədiyimizdən bir az daha yaxın səviyyədə gedir, lakin biz rəqabətədavamlı olacağıq və çox yaxında elan edəcəyimiz həyəcanverici xəbərlərimiz var. Bu yarış bizim üçün elmi kəşf yönümlüdür. 1960-cı illərdəki “Apollon” dövründə etdiyimizdən çox fərqlidir. “Artemida” missiyası dövründə Ay səthində qalmağa, daimi bir baza inşa etməyə, Ay mənşəli bir baza qurmağa və səth haqqında daha çox şey öyrənməyə gedirik. Nəticə etibarilə, 'Üçüncü Kosmos Yarışı' dediyimiz şey isə Marsa və ondan kənara doğru irəliləməkdir..


























