TÜRKİYƏ
1 dəqiqə oxuma
Rəcəb Tayyib Ərdoğan Delsi Rodriqeslə görüşüb
Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriqes Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə rəsmi səfərə gəlib
Rəcəb Tayyib Ərdoğan Delsi Rodriqeslə görüşüb
Rəcəb Tayyib Ərdoğan Delsi Rodriqeslə görüşüb

Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriqes Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə rəsmi səfərə gəlib. Məlumata görə, görüş dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Dolmabahçedəki ofisində baş tutub.

Görüşdə vitse-prezident Cevdet Yılmaz, xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, sənaye və texnologiya naziri Mehmet Fatih Kacır, ticarət naziri Ömər Bolat, Prezident Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Burhanəddin Duran və prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç da iştirak ediblər.

Müzakirələr zamanı Türkiyə və Venesuela arasındakı ikitərəfli əlaqələr, həmçinin qlobal müstəvidə baş verən son proseslər ətraflı şəkildə nəzərdən keçirilib. Görüşdə Türkiyənin hər zaman dost Venesuela xalqının yanında olacağını ifadə edən Prezident R.T.Ərdoğan hər iki ölkənin bir çox sahədə, xüsusilə ticarət, enerji və mədənçilik istiqamətlərində əməkdaşlığı daha da dərinləşdirmək əzmində olduğunu vurğulayıb. Görüşdə həmçinin iki ölkə arasında qarşıya qoyulan 3 milyard dollarlıq ticarət dövriyyəsi hədəfinə çatmaq üçün atılacaq konkret addımlar və birgə layihələr qiymətləndirilib.