İDMAN
1 dəqiqə oxuma
Milli idmançı Hatice Akbaş boks üzrə Avropa Çempionatında yarımfinal mərhələsinə yüksəlib
H.Akbaş: "Karyeramda 22 yaşadək idmançılar arasında Avropa çempionluğu var. Ancaq böyüklər arasında da bu uğuru təkrarlamaq istəyirəm"
Milli idmançı Hatice Akbaş boks üzrə Avropa Çempionatında yarımfinal mərhələsinə yüksəlib
Milli boksçu Hatice Akbaş

Türkiyə milli komandasının boksçusu Hatice Akbaş Bolqarıstanda davam edən 2026-cı il Avropa Boks Çempionatında yarımfinala yüksələrək medal qazanmağı təmin edib.

Bolqarıstanın paytaxtı Sofiyadakı "Asics Arena"da keçirilən yarışda H.Akbaş 51 kiloqram çəki dərəcəsində rinqə çıxıb.

Dünya və Olimpiya mükafatçısı olan milli idmançı ingiltərəli Rubi Uayt qarşısında ilk raundda məğlub olub. Buna baxmayaraq, o, ikinci və üçüncü raundlarda qələbə qazanaraq görüşü 3:2 hesabı ilə xeyrinə başa vurub və yarımfinala yüksəlib.

H.Akbaş yarımfinalda sabah polşalı Natalya Kuçevska ilə qarşılaşacaq.

Karyerasında ilk dəfə 51 kiloqram çəki dərəcəsində mübarizə aparan Xədicə bu qələbə ilə bürünc medalı təmin edib. Bununla da o, karyerasında əskik olan Avropa medalına nail olub.

Qeyd edək ki, milli idmançının karyerasında bir Olimpiya gümüş medalı, dünya çempionatlarında isə bir qızıl və bir gümüş medalı var.

MƏNBƏ:TRT