ELM VƏ TEXNOLOGİYA
2 dəqiqə oxuma
Kosmos sahəsində əməkdaşlıq üçün Türkiyənin liderliyi ilə hazırlanan Antalya Bəyannaməsi imzalanıb
21 ölkə kosmos sahəsində əməkdaşlıq üçün Türkiyənin liderliyi ilə hazırlanan Antalya Bəyannaməsini imzaladı
Kosmos sahəsində əməkdaşlıq üçün Türkiyənin liderliyi ilə hazırlanan Antalya Bəyannaməsi imzalanıb
Antaliya Bəyannaməsi IAC iclasında təsdiqlənərək qlobal kosmik əməkdaşlıq üçün mühüm bir mərhələ oldu. / AA

Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır Antalyada keçirilən Beynəlxalq Kosmos Konqresi (IAC) zamanı 21 ölkədən iştirak edən nümayəndə heyətlərinin tarixi xarakter daşıyan Antalya Bəyannaməsini təsdiqlədiyini elan edib.

Bu, IAC-nin Nazirlər və Parlamentarilər Toplantısı (MMoP) çərçivəsində rəsmi birgə bəyannamənin qəbul edildiyi ilk nümunə xüsusiyyətini daşıyır.

Nazirlər, qanunvericilər və milli kosmik agentliklərin rəhbərlərindən ibarət ümumilikdə 32 iştirakçı Beynəlxalq Kosmos Federasiyasının (IAF) beynəlxalq kosmik tərəfdaşlıqların genişləndirilməsindəki rolunu yenidən təsdiq edən mətni qəbul edib.

Bu yüksək səviyyəli sessiya kosmosun dinc məqsədlərlə istifadəsi, yeni yaranan kosmik missiyalar, hüquqi bazalar və inkişaf etməkdə olan iqtisadiyyatların qlobal kosmos sektoruna inteqrasiyası məsələlərini müzakirə etmək üçün 38 ölkəni təmsil edən nümayəndə heyətlərini bir araya gətirib.

Türkiyənin 2027-ci il Ay missiyası

Türkiyə Sənaye və Texnologiya Nazirliyinin koordinatorluğu, SAHA İstanbul və Türkiyə Kosmos Agentliyinin birgə ev sahibliyi ilə təşkil olunan 75-ci Beynəlxalq Kosmos Konqresinə Antalyada ev sahibliyi edir.

Nazir Kacır Antalya Bəyannaməsinin Prezident Rəcəb Tayyib Ərdoğanın çoxtərəfli dialoq və qurucu qarşılıqlı əlaqə vasitəsilə sülhügücləndirmək istiqamətindəki diplomatik baxışını əks etdirdiyini ifadə edib.

Sənaye və texnologiya naziri Mehmet Fatih Kacır nümayəndə heyətlərinə müraciətlə deyib: "Kosmosdakı tərəqqi yalnız yer üzündəki insanlar üçün real faydalar yaratdıqda tam və əsl mənasına qovuşur. Qarşıda duran sual yalnız texnoloji olaraq nə qədər irəliləyə biləcəyimiz deyil, bu imkanları cəmiyyətlərimiz üçün daha çox təhlükəsizliyə, dayanıqlılığa və rifaha nə qədər effektiv şəkildə çevirə biləcəyimizdir".

Sektorun sürətlə kommersiyalaşdığına diqqət çəkən nazir Kacır qlobal kosmos iqtisadiyyatının 2025-ci ildə rekord vuraraq 686 milyar dollara çatdığını və ümumi fəaliyyətin təxminən 80 faizini kommersiya təşəbbüslərinin təşkil etdiyini bildirib.

Azalan raket buraxılış xərcləri və kiçilən peyklər startapların bazara daxil olma maneələrini əhəmiyyətli dərəcədə azaldıb.

Ölkə daxilində hökumətin BiGG (İnvestisiya Əsaslı Sahibkarlığa Dəstək Proqramı) ilkin kapital dəstəyi mexanizmi və 750 milyon dolları ötən sərmayə qoyuluşu təşəbbüsləri ilə dəstəklənən 300-dən çox kosmik texnologiya şirkəti hazırda türk teknoparklarında fəaliyyət göstərir.

Nazir Kacır həmçinin, Ankaranın kosmosa xüsusi bir teknoparkın qurulması istiqamətində işlərə başladığını və yerli hibrid mühərrikə malik, 80 faiz yerlilik dərəcəsi ilə ölkə daxilində hazırlanan ilk Ay kosmik gəmisini 2027-ci ilin əvvəllərində kosmosa buraxmaq hədəfi istiqamətində irəlilədiyini təsdiqləyib.