TEKNOFEST veb saytında yer alan məlumata görə, Türkiyənin dənizlərdəki gücünü və yüksək texnologiyalı imkanlarını gənc nəslə çatdırmağı hədəfləyən “TEKNOFEST Mavi Vətən” 20-23 avqust tarixləri arasında Kocaelidə qapılarını açmağa hazırlaşır.
Türkiyə Cümhuriyyəti Milli Müdafiə Nazirliyi və Türk Texnologiya Komandası Fondunun (T3 Fondu) əsas rəhbərliyi altında Gölcük Gəmiqayırma Zavodu Komandanlığında keçiriləcək festival dənizçilik mədəniyyətini gələcəyə daşımağı hədəfləyir.
İnsansız sualtı vasitələr və sualtı raketlər yarışacaq
Dəniz və sualtı texnologiyalarına yönəlmiş TEKNOFEST-2026 çərçivəsində texnologiya həvəskarı gənclər tərəfindən hazırlanmış layihələr yarışacaq. Dəniz və sualtı texnologiyalarına yönəlmiş tədbirdə Pilotsuz Sualtı Sistemlər Yarışması, Sualtı Raket Yarışması və İnsansız Sualtı Vasitələr Yarışması keçiriləcək.
Türkiyə Hərbi Dəniz Qüvvələrinin seçilən gəmiləri ziyarətçilərin üzünə açıq olacaq
Festival zamanı ziyarətçilər Türkiyə Hərbi Dəniz Qüvvələrinin inventarında olan və Türkiyə Hərbi Dəniz Qüvvələrinin qürur mənbəyi olan nəhəng platformaları yaxından araşdırmaq imkanı əldə edəcəklər. Ziyarət proqramına TCG Savarona, TCG Anadolu, TCG 18 Mart Sualtı Gəmisi və TCG Murat Reis Sualtı Gəmisi kimi seçilmiş gəmilərinin xüsusi turları daxil olacaq.
Bundan əlavə, festival ərazisində Türkiyə Hərbi Dəniz Qüvvələri sərgisi, SAT və SAS komandoları və dəniz aviasiya bölmələrinin nəfəskəsici nümayişləri və müdafiə sənayesi ilə bağlı bir çox tədbir keçiriləcək.
İştirak ödənişsizdir
Tamamilə ödənişsiz olan “TEKNOFEST Mavi Vətən” festivalını gəzmək üçün ziyarətçilər əvvəlcədən onlayn qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmək istəyən ziyarətçilərin yeni nəsil sosial media platforması “NSosyal”da hesabı olmalıdır.
İştirak məhduddur və 7 yaşdan yuxarı hər bir iştirakçı üçün ayrıca bilet tələb olunur. 7 yaşdan kiçik uşaqlar üçün qeydiyyat tələb olunmur.
Tədbir sahəsinə giriş və çıxış Türkiyə vaxtı ilə saat 09:00 ilə 18:00 arasında olacaq. Tədbirə qeydiyyatdan keçmək və daha ətraflı məlumat əldə etmək üçün https://www.teknofest.org/tr/ saytına daxil olun.






















