Nepalda dağıdıcı sel fəlakətlərindən sonra bölgə sakinləri Trişuli (Trishuli) çayının qarşı sahilinə suyun üzərinə çəkilmiş kanat yolu vasitəsilə keçirlər.
Yollar və normal keçid məntəqələri zərər gördüyü üçün ordu iki sahil arasında müvəqqəti keçid xətti qurub. Nepal rəsmilərinin son məlumatlarına görə, sel fəlakəti 1 252 nəfərin ölümünə səbəb olub, 4 200-dən çox insan isə hələ də itkindir. Axtarış-xilasetmə işləri davam edir.