İştirakçılar ən yaxşı yuxunu nümayiş etdirmək üçün Cənubi Koreyanın Seul şəhərində keçirilən üçüncü “Qısa yuxu yarışı”nda bir araya gəliblər. İstirahət keyfiyyətini qiymətləndirmək məqsədilə ürək döyüntülərinin sürəti izlənilən yarışın qalibi 80 yaşlarında olan bir yaşlı kişi olub.
Qeyd edək ki, Cənubi Koreya ağır iş yükünün təsiri ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələri arasında ən çox yuxu çatışmazlığı yaşayan ölkələrdən biri hesab olunur.
