Texasda (ICE) əməkdaşı tərəfindən yaralanan venesuelalı şəxsin görüntüləri yayımlandı
Dünya
Texasda (ICE) əməkdaşı tərəfindən yaralanan venesuelalı şəxsin görüntüləri yayımlandı
Venesuellalı şəxs bədənində güllə olduğu halda xəstəxanadan çıxarılaraq dindirilmək üçün ICE deportasiya və saxlanma mərkəzinə köçürülüb

Hadisə şahidinin lentə aldığı video-görüntüdə 28 yaşlı venesuelalı miqrant Vilber Rafael Qarses Peres əks olunur. O, sentyabrın 20-də Texasın Ostin şəhərində ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Xidməti (ICE) əməkdaşının atəş açması nəticəsində avtomobilinin içində yaralanıb. Qarses Peres xəstəxanaya çatdırılıb. Lakin vəkilinin bildirdiyinə görə, müvəkkili vurulduqdan dörd saat sonra güllə hələ də bədənində olduğu halda xəstəxanadan çıxarılıb. Daha sonra o, dindirilmək üçün Pirsol şəhərində yerləşən Cənubi Texas ICE deportasiya və saxlanma mərkəzinə köçürülüb. Vəkil həmçinin iddia edir ki, müvəkkilinə ağrıkəsici verilməyib və o, döşəmədə uzanmaq məcburiyyətində qalıb.

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi (DHS) verdiyi bəyanatda Qarses Peresin ABŞ-yə “qanunsuz daxil olmuş” “qanunsuz əcnəbi” olduğunu bildirib. Lakin vəkili müvəkkilinin “sığınacaq müraciəti etmək üçün sınaq proqramı çərçivəsində ölkəyə qanuni şəkildə daxil olduğunu və etibarlı iş icazəsinə sahib olduğunu” açıqlayıb.

Daha çox video
Fransalı kəndirbaz Avropanın ən yüksək iki təpəsi arasında kəndir üzərində yeridi
Çayan vulkanı Çilidə yenidən püskürdü
Bir avtomobilin körpünün üstündən yüksək sürətlə aşması nəticəsində 3 nəfər həlak oldu
Almaniya polisi Fələstin tərəfdarı olan etiraz aksiyasını qəddarcasına dağıdıb
Sinqapur yaxınlığında iki yük gəmisinin toqquşduğu an
Rusiya Ukrayna tərəfindən genişmiqyaslı PUA hücumuna qarşı özünü müdafiə edir
Fələstinli uşaq qanunsuz məskunlaşanlara cəsarətlə müqavimət göstərir
Ərdoğan "Türk Evi"nin yaxınlığında Türkiyə vətəndaşları ilə görüşdü
Ərdoğanın BMT Baş Assambleyasında etdiyi ən mühüm çıxışlar
Qeyri-qanuni israilli köçkün fələstinli qadına dəyənəklə hücum etdi