’’Qlobal Sumud Donanması’’ İsrailin gəmiləri ələ keçirməyə və fəalları saxlamağa başladığını bəyan edib. Təşkilatçılar Qəzzadan 600 mil uzaqlıqda, Aralıq dənizinin ortasında mülki şəxslərin saxlanılmasını görünməmiş bir hadisə kimi qiymətləndiriblər. Bəyanatda bu addım "dəniz quldurluğu" adlandırılıb.
Açıqlamada həmçinin bildirilib ki, heç bir dövlətin beynəlxalq suları mənimsəmək və ya işğal etmək hüququ yoxdur, lakin İsrail öz nəzarət rejimini Avropa sahillərinə qədər genişləndirməyə çalışır.
