İsrailin "i24 News" telekanalı Parisdə Özünü iraqlı kimi təqdim edən və İsraili tərifləyən israilli ilə müsahibə yayımladı.
Özünü iraqlı kimi təqdim edən və Parisdə "i24 News" telekanalı tərəfindən küçə müsahibəsində iştirak edən "Əli" adlı bir kişi Fələstin tərəfdarı etirazçıları tənqid etdi və İsraili təriflədi. Lakin sonradan məlum oldu ki, bu şəxs Hezi Qangina adlı İsrail vətəndaşı olub. Qangina müxbirə zarafat olaraq bir ərəbi təqlid etdiyini iddia etdi.