Aralıq dənizində miqrantları daşıyan qayığın aşması nəticəsində azı 70 nəfər itkin düşüb, iki nəfərin meyiti isə sudan çıxarılıb. Liviyadan yola düşən və göyərtəsində təxminən 105 nəfər olan taxta qayıq aprelin 5-də "Bouri" dəniz neft yatağı yaxınlığındakı axtarış-xilasetmə zonasında batıb.
Aprelin 5-də səhər saatlarında xilas olmağı bacaran 32 nəfər İtaliyanın Lampeduza adasına çatıb. "Mediterranean Saving Humans" qeyri-hökumət təşkilatı baş verənləri kəskin şəkildə pisləyərək, bu hadisənin faciəvi bir qəza deyil, təhlükəsiz və qanuni giriş yolları yaratmaqdan imtina edən Avropa hökumətlərinin yürütdüyü siyasətin birbaşa nəticəsi olduğunu bildirib.
