ABŞ ordusu İranın Xark adası yaxınlığındakı üç neft tankerinə zərbə endirib.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) verdiyi məlumata görə, hücumlar İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ABŞ Hərbi Dəniz Qüvvələrinə aid iki hərbi gəmiyə ballistik raket atmasından sonra həyata keçirilib. İran mediası neft tankerlərinə endirilən zərbələr nəticəsində tələfatın olmadığını bildirib.