Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada keçirilən COP31 Liderlər Sammitindəki çıxışında Qəzzadakı ağır humanitar vəziyyətə diqqət çəkib.
Evləri daha əvvəl İsrail tərəfindən dağıdılmış, didərgin salınmış fələstinlilərin sığındığı on minlərlə sığınacağın son yağışlar nəticəsində dağılmasından sonra Ərdoğan Türkiyənin yardım göndərmək istədiyini, lakin İsrailin buna icazə vermədiyini bildirib.
Türkiyə İsrail istisna olmaqla bütün ölkələri sammitə dəvət edib.
