Etiraz aksiyalarına orta məktəb şagirdləri və universitet tələbələri ilə yanaşı, polis zorakılığına son qoyulmasını, daha yaxşı ictimai xidmətlərin göstərilməsini və artan yaşayış xərclərinə qarşı tədbirlər görülməsini tələb edən digər vətəndaşlar da qoşulub.
Fransa Senatı 19 noyabrda qanun layihəsini müzakirə etməyə hazırlaşarkən, etirazçılar polisin daha çox məsuliyyətli olmasını və vətəndaş azadlıqlarının qorunmasını tələb edirlər.