ABŞ Venesuelanın neft ehtiyatlarından yararlanmaq üçün misli görünməmiş saziş imzalayıb. Razılaşmaya əsasən, Pentaqon 65 milyard barel neft ehtiyatı olan 17 yatağın 100 il müddətinə istismar hüququnu nəzərdə tutan tərəfdaşlıqda 35%-lik paya sahib olub.
Saziş Venesuela iqtisadiyyatını canlandırmaq üçün 200 milyard dollar gəlir vəd etsə də, tənqidçilər ABŞ-nin nəzarətindəki bu müqaviləni "müstəmləkəçilik" kimi qiymətləndirirlər.