Qeyri-qanuni məskunlaşan israillilər Cenin yaxınlığındakı Asasa kəndində fələstinli ailəni oğullarının meyitini qəbirdən çıxarmağa və başqa yerdə dəfn etməyə məcbur ediblər. Onlar qəbiristanlığın "Tarsala" kimi tanınan yaxınlıqdakı məskunlaşma məntəqəsinə çox yaxın olduğunu iddia ediblər.
Yerli mənbələrin məlumatına görə məskunlaşanlar əvvəlcə qəbri qazmağa başlayıb, daha sonra hadisə yerinə gələn İsrail qüvvələri ailəni meyiti qəbirdən çıxarıb başqa yerə aparmağa məcbur edib.
