İsrailli əsgərlər fələstinli fermerlərin zeytunlarını oğurlayır
00:20
Dünya
İsrailli əsgərlər fələstinli fermerlərin zeytunlarını oğurlayır
İsrailli əsgərlər fələstinli fermerləri öz torpaqlarından qovub, zeytunlarını oğurlayıblar

İordan çayının Qərb sahilində yerləşən Ramallah şəhərinin şimalındakı Sincil qəsəbəsində İsrail əsgərləri fələstinli kəndliləri zorla zeytun bağlarından çıxarıb, ərazini “qapalı hərbi zona” elan ediblər. Daha sonra isə həmin zeytunları özləri yığıblar. Yerli sakinlərin bildirdiyinə görə, zeytun yığım mövsümündə bu kimi hadisələr getdikcə daha da artmaqdadır. Fələstinli fermerlər öz torpaqlarında həm qeyri qanuni israilli məskunlaşanların, həm də əsgərlərin təzyiqləri ilə qarşılaşırlar. BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (OCHA) məlumatına əsasən, bu ilki zeytun yığım mövsümü 2020-ci ildən bəri işğal altındakı İordan çayının Qərb sahilində ən çox qeyri qanuni şəkildə məskunlaşan israillilərin hücumlarının qeydə alındığı dövr olub. Qurumun statistikasına görə, 70 qəsəbə və kənddə ümumilikdə 126 hücum baş verib, 4 minə yaxın zeytun ağacı məhv edilib.

Daha çox video
Zəvvarlar Həcc ziyarətindən əvvəl Məkkədə Kəbəni təvaf edirlər
İsrail hava hücumunda Qəzzada yaşayış binasını hədəf aldı
Rusiya Kiyevə genişmiqyaslı raket və pilotsuz təyyarə hücumu həyata keçirib
İsrailin Qəzzaya etdiyi hücumda çox sayda fələstinli yaralandı
İsrail qüvvələri Ramallahda iki fələstinli uşağı saxlayıblar
İsraillilər Livan kəndlərinin dağıdılmasına sevinirlər
İsrail Livanın cənubunda mülki şəxsləri və tibb işçilərini hədəf alıb
Masafer Yattada qeyri-qanuni israilli köçkünlər fələstinli bir ailənin qoyunlarını oğurlayırlar
İsrail tərəfindən qeyri-qanuni şəkildə saxlanılan Qlobal Sumud Donanmasının fəalları İstanbula gəlib
Donanma fəalları İsrail zindanlarında məruz qaldıqları işgəncələrdən danışırlar