Fransalı kəndirbaz Tatyana-Mosio Bonqonqa sentyabrln 20-də Fransanın şimalında Avropanın ən yüksək təpələrini birləşdirən məftil üzərində sərbəst şəkildə yeridi. O, bu çıxışı ilə minlərlə tamaşaçını heyrətə gətirdi.
Təxminən 37 dəqiqə davam edən çıxış yerdən 100 metr (328 fut) hündürlükdə, 400 metrlik (1.312 fut) məsafədə reallaşdı.
Təşkil olunan göstərinin bir vaxtlar ölkənin kömür hasilatı mərkəzi olmuş bölgəyə ehtiram məqsədilə təşkil edildiyi bildirilir.