ABŞ-nin atom bombası hücumunun 81-ci ildönümü münasibətilə Naqasakidə keçirilən anım mərasimində 90-dan çox ölkə iştirak edib.
İştirakçılar 9 avqust 1945-ci ildə şəhər üzərində plutonium bombasının partladığı dəqiq vaxt olan saat 11:02-də bir dəqiqəlik sükutla yad ediblər.
Bombalanma nəticəsində təxminən 70 min insan həlak olub. Üç gün əvvəl ABŞ-nin Hirosima şəhərinə atdığı atom bombası təxminən 140 min insanın ölümünə səbəb olmuşdu.