9 yaşlı uşaq San-Dieqo məscidinə edilən silahlı hücum haqqında danışır
Dünya
9 yaşlı uşaq San-Dieqo məscidinə edilən silahlı hücum haqqında danışır
Mayın 18-də silah səsləri ucalan zaman doqquz yaşlı Oday Şanah da təhsil aldığı İslam Mərkəzində idi

Mayın 18-də silah səsləri ucalan zaman doqquz yaşlı Oday Şanah da təhsil aldığı İslam Mərkəzində idi. O, atışma zamanı onlarla uşaqla birlikdə sinif otaqlarında sığınacaq tapmağa məcbur olan şagirdlərin arasında olub. Qeyd edək ki, Odayın anası təxminən iyirmi il əvvəl müharibənin viran qoyduğu Qəzzadan köç edərək San-Dieqo ətrafında məskunlaşıb. Şanah kompleksin divarlarından kənarda 12-16 arası atəş səsi eşitdiyini xatırlayır. İslam Mərkəzini və ətrafda yaşayan, bir-birinə sıx əlaqədə olan müsəlman icmasını sarsıdan bu silahlı zorakılıq, 2006-cı ildə Qəzzadan Amerika Birləşmiş Ştatlarına köçmüş anası üçün böyük şok olub. Onun atası isə 2015-ci ildə İordaniyadan ABŞ-yə köç edib. Bu travmatik hadisəni öz sözləri ilə nəql edə bilməsi üçün hər iki valideyn oğullarının bu video üçün müsahibə verməsinə və adının çəkilməsinə icazə verib. 


Daha çox video
Almaniya polisi Fələstin tərəfdarı olan etiraz aksiyasını qəddarcasına dağıdıb
Sinqapur yaxınlığında iki yük gəmisinin toqquşduğu an
Rusiya Ukrayna tərəfindən genişmiqyaslı PUA hücumuna qarşı özünü müdafiə edir
Fələstinli uşaq qanunsuz məskunlaşanlara cəsarətlə müqavimət göstərir
Ərdoğan "Türk Evi"nin yaxınlığında Türkiyə vətəndaşları ilə görüşdü
Ərdoğanın BMT Baş Assambleyasında etdiyi ən mühüm çıxışlar
Qeyri-qanuni israilli köçkün fələstinli qadına dəyənəklə hücum etdi
Qeyri-qanuni israilli köçkünlər öz torpaqlarına getməyə çalışan fələstinli fermerləri saxlayırlar
Qəzzada üç ildən sonra əyani təhsil yenidən başlayır
Seutada polis miqrantları çimərliklərdən uzaqlaşdırarkən çaxnaşma yaşandı