İran İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazının girişində ABŞ-yə məxsus pilotsuz sualtı dronu ələ keçirdiyini açıqlayıb. Pentaqon nümayəndəsi sözügedən sualtı dronun sıradan çıxdığını bildirib.
ABŞ-nin "DefenseScoop" hərbi xəbər saytının məlumatına görə, İranın ələ keçirdiyini iddia etdiyi "Dive-LD" tipli sualtı dronların bir ədədinin dəyəri təxminən 2,5 milyon dollardır.