İsrail prezidenti İ.Herzoq Qazaxıstana gedərkən yolunu 8 saat uzadıb
00:11
Dünya
İsrail prezidenti İ.Herzoq Qazaxıstana gedərkən yolunu 8 saat uzadıb
İsrail prezidenti Türkiyə hava məkanından istifadə etməmək üçün Qazaxıstana 8 saatlıq alternativ marşrutdan istifadə edərək gedib

İsrail mətbuatının yaydığı məlumata görə, İsrail prezidenti İsxak Herzoqu daşıyan təyyarə iki günlük səfər çərçivəsində Qazaxıstana gedərkən Türkiyə hava məkanından istifadə etməmək üçün təxminən səkkiz saatlıq alternativ marşrut seçib.

İsrailin “Channel 12” telekanalı bildirib ki, təyyarə Türkiyə hava məkanına daxil olmamaq üçün Avropa və Rusiya üzərindən uçaraq daha uzun yol qət edib və bu da uçuş müddətinin səkkiz saata qədər uzanmasına səbəb olub.

Xatırladaq ki, 2024-cü ilin noyabr ayında Türkiyə İ.Herzoqun Bakıda keçirilən COP29 sammitinə getmək üçün hava məkanından istifadə etməsinə də icazə verməmişdi. Bundan sonra İ.Herzoq “təhlükəsizlik narahatlıqları”nı əsas gətirərək səfərini ləğv etmişdi.

Daha çox video
B.Netanyahu: ''İsrail atəşkəs razılaşmalarını pozmağa davam edəcək''
İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində fələstinli uşağı saxlayıb
Antalyada biçilmiş tarlalara sərilən ənənəvi türk xalçaları
BMT-nin apardığı təhqiqata görə, İsrail Qəzzada uşaqları qəsdən öldürərək soyqırım törədir
N.Bennett: “İsrail İrana minlərlə (Starlink) peyk sistemi keçirib”
Venesuelada 7,5 və 7,2 maqnitudalı zəlzələlər baş verib
İsraildə dindar yahudilər etiraz aksiyası çərçivəsində magistral yolları bağlayıblar
İşğalçılar livanlı ailənin evində rəqs etdilər
K.Navrotski: ''Türkiyə Polşanın parçalanmasını heç vaxt qəbul etmədi''
Cey-Di Holl:''İsrail 400 illik Osmanlı hakimiyyətindən fərqli olaraq kilsələrə vergi tətbiq edir''