İsrail prezidenti İ.Herzoq Qazaxıstana gedərkən yolunu 8 saat uzadıb
00:11
Dünya
İsrail prezidenti İ.Herzoq Qazaxıstana gedərkən yolunu 8 saat uzadıb
İsrail prezidenti Türkiyə hava məkanından istifadə etməmək üçün Qazaxıstana 8 saatlıq alternativ marşrutdan istifadə edərək gedib

İsrail mətbuatının yaydığı məlumata görə, İsrail prezidenti İsxak Herzoqu daşıyan təyyarə iki günlük səfər çərçivəsində Qazaxıstana gedərkən Türkiyə hava məkanından istifadə etməmək üçün təxminən səkkiz saatlıq alternativ marşrut seçib.

İsrailin “Channel 12” telekanalı bildirib ki, təyyarə Türkiyə hava məkanına daxil olmamaq üçün Avropa və Rusiya üzərindən uçaraq daha uzun yol qət edib və bu da uçuş müddətinin səkkiz saata qədər uzanmasına səbəb olub.

Xatırladaq ki, 2024-cü ilin noyabr ayında Türkiyə İ.Herzoqun Bakıda keçirilən COP29 sammitinə getmək üçün hava məkanından istifadə etməsinə də icazə verməmişdi. Bundan sonra İ.Herzoq “təhlükəsizlik narahatlıqları”nı əsas gətirərək səfərini ləğv etmişdi.

Daha çox video
İstanbulda küçə pişiyi “Formula 1” yarışının təqdimat çəkilişlərinə girərək hər kəsi təəccübləndirdi
Almaniya Kansleri F.Merts İran məsələsi ilə bağlı ABŞ-nin strategiyasını tənqid edib
İsrail qüvvələri Şərqi Qüds yaxınlığında çox sayda fələstinlini saxlayıb
İsrailli köçkünlər tərəfindən evi yandırılan fələstinli ailə faciədən son anda xilas oldu
Matilda Panot: "Fransa dövləti B.Netanyahuya qarşı sanksiyalar tətbiq etməlidir"
Universitet tələbəsi İsrail əsgərinin çıxış etməyə dəvət olunduğu tədbiri yarımçıq qoyub
İsrail Livanda elektrik və su təminatı üçün həyati əhəmiyyətə malik günəş panellərini məhv edib
İsrail aclıq və işgəncə gördüklərinə dair əlamətlər göstərən 15 fələstinli məhbusu sərbəst buraxdı
İordan çayının qərb sahilində qeyri-qanuni məskunlaşan israilli jurnalistə hücum etdi
D.Tramp iştirak etdiyi şam yeməyi mərasimindən təcili şəkildə təxliyə edilib