Yeddi dəfə Formula-1 dünya çempionu olmuş Lyuis Hamilton humanitar yardım işlərini yerində izləmək üçün Misirin Qəzza zolağına açılan Rəfah sərhəd-keçid məntəqəsini ziyarət edib. Ziyarət zamanı Misir rəsmiləri L.Hamiltona Qəzzaya daxil olan yardım göndərişləri haqqında məlumat veriblər. Həmçinin yaralı və xəstə fələstinlilərin tibbi müalicə üçün Misirə təxliyə edilməsi barədə də bildiriblər. L.Hamilton daha əvvəl də İsrailin Qəzzada törətdiyi soyqırımla bağlı səsini ucaltmışdı. O, bu bölgədə yaşanan humanitar böhrana qarşı da öz etirazını bildirmişdi.
Daha çox video
Lyuis Hamilton Rəfah sərhəd-keçid məntəqəsinə baş çəkib
F1 çempionu Lyuis Hamilton Qəzzadakı humanitar böhran səbəbilə Rəfah sərhəd-keçid məntəqəsinə baş çəkib
Daha çox video