Qeyri-qanuni israilli köçkünlər işğal altındakı İordan çayının qərb sahilinin Ramallah şəhərində yerləşən Cəlalidə kəndinə basqın ediblər. Hücum zamanı məscidi yandıran qeyri-qanuni israilli köçkünlər orada ciddi dağıntılara yol açıblar. Buna oxşar hadisə 15 iyun tarixində də baş vermişdi.
Sözügedən hücumlar, işğal altındakı İordan çayının qərb sahilindəki fələstinlilərə qarşı dövlət tərəfindən dəstəklənən zorakılıq kampaniyasının tərkib hissəsidir. Bu addımlar insanlar arasında qorxu yaymaq, onları məcburi köçkün etmək və İsrailin Fələstin torpaqlarındakı işğalını genişləndirmək məqsədi daşıyır.