ABŞ öz hərbi gəmilərinə edilən son hücumlara cavab olaraq çərşənbə axşamı İrana məxsus 5 neft tankerini məhv etdiyini açıqlayıb. Tehran isə cavab olaraq ABŞ-nin İordaniyadakı bazasına bir neçə ballistik raket zərbəsi endirib.
İordaniya mediasının yaydığı xəbərdə bildirilir ki, ölkənin hava hücumundan müdafiə sistemləri İran ərazisindən atılan 20 ballistik raketdən 18-ni zərərsizləşdirib. Havada məhv edilən raketlərin bəzisi Suriyanın Dəməşq şəhərindən də görünüb.
İranın IRNA xəbər agentliyi isə Tehranın Küveyt və Bəhreyn sahillərindəki neft tankerlərini hədəf alaraq qisas əməliyyatlarını davam etdirəcəyini bəyan edib və heyət üzvlərinə gəmiləri tərk etmək barədə xəbərdarlıq edib. İran hər iki ölkəni ABŞ qüvvələrinə ev sahibliyi etməkdə və hücumlar zamanı onlara şərait yaratmaqda təqsirləndirib.