Qəzzanın şimalında lentə alınan videoda, 13 may tarixində “Cəbəliyə” qaçqın düşərgəsi yaxınlığında İsrail snayperi tərəfindən vurulan bir adamı xilas etməyə çalışan insanlar görünür.
Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-cü ilin oktyabr ayından bəri İsrail qüvvələri Qəzzada 72.500-dən çox fələstinlini qətlə yetirib. Bu ölümlərin mühüm bir hissəsi “Cəbəliyə”, “Nuseyrat”, “Bureyc” və “Mağazi” kimi qaçqın düşərgələrində, həmçinin məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə və onların ətrafında baş verib. Törədilən hücumlar naticəsində minlərlə insan isə yaralanıb. Qeyd edilir ki, qurbanların əksəriyyəti qaçqın düşərgələrindəki çadırlarda və müvəqqəti sığınacaqlarda yaşayan dinc sakinlərdir.