İsrail işğal qüvvələri işğal altındakı İordan çayının qərb sahilinin cənubunda, Yattanın şərqində yerləşən Əl-Deyrat kəndində fələstinlilərə məxsus evləri dağıdıb. Bu hadisə nəticəsində 25-dən çox insan evsiz qalıb.
İsrail rəsmiləri bölgədəki fələstinlilərə nadir hallarda verilən tikinti icazələrinin olmamasını bəhanə gətirərək son aylarda kənddə söküntü işləri aparıb. Evlərin əksəriyyəti barəsində yekun söküntü qərarı çıxarılıb.