BMT avqustun 6-da verdiyi açıqlamada İsrailin Livana qarşı qanunsuz hücumlarında iyunun sonundan bəri "ən kəskin gərginləşmənin" qeydə alındığını, günortadan sonra gec saatlaradək İsrail tərəfindən 120 raket atıldığını və onlarla hava məkanı pozuntusunun baş verdiyini bildirib.
Livan Səhiyyə Nazirliyinin məlumatına görə, çərşənbə günündən bəri Sur şəhəri yaxınlığındakı hava zərbələrində səkkiz nəfər yaralanıb, Tibnindəki hücumda isə bir nəfər həlak olub, 12 nəfər yaralanıb.