İsrail ordusu 14 aprel tarixində işğal altındakı İordan çayının qərb sahilinin Tulkərim şəhərinin şərqində yerləşən Bala qəsəbəsində genişmiqyaslı reydlər həyata keçirib. Onlarla fələstinli gənc gözləri bağlanaraq saxlanılıb və daha sonra hərbi müşayiət altında küçələrdə aparılıb.
Yerli sakinlər bu reydi işğal altındakı ərazilərdə yaşayan fələstinlilərə qarşı həyata keçirilən qorxutma və kollektiv cəzalandırma kampaniyasının bir hissəsi olduğunu bildirir.
