İsrailin Baş naziri Benyamin Netanyahu və Müdafiə naziri İsrael Kats cümə axşamı verdikləri bəyanatda İsrail qüvvələrinin Livanın cənubu, Suriya və Qəzzada "təhlükəsizlik zonaları" adlandırdıqları bölgələrdə qeyri-müəyyən müddətə qalacağını və atəşkəs razılaşmalarını pozmağa davam edəcəklərini bildiriblər.
B.Netanyahu həmçinin müharibə zamanı ABŞ-nin silah-sursat tədarükünü müvəqqəti dayandırması da daxil olmaqla, beynəlxalq tərəfdaşlarla yaşanan gərginliklərə də toxunub.