Avqustun 18-də güclü musson yağışları Pakistanın Ravalpindi şəhərində daşqınlara səbəb olub. Şəhər iflic vəziyyətə düşüb, avtomobillər su altında qalıb. Fövqəladə hallar və bələdiyyə əməkdaşları yolları təmizləmək və daşqının fəsadlarını aradan qaldırmaq üçün işlər aparırlar.
Pakistanın Milli Fəlakət İdarəetmə Qurumunun (NDMA) son məlumatlarına görə, Pakistanda musson yağışları səbəbindən ölkə üzrə həlak olanların sayı 159-a, yaralananların sayı isə 473-ə çatıb.