Türkiyənin müdafiə şirkəti ASELSAN güclü elektromaqnit şüalanmanın köməyi ilə eyni vaxtda 51 dronu bir neçə saniyə ərzində zərərsizləşdirən EJDERHA pilotsuz uçuş aparatına (PUA) qarşı mübarizə sisteminin uğurla sınaqdan keçirildiyini bildirib.
ASELSAN-ın baş direktoru Əhməd Akyol açıqlama verərkən sözügedən texnologiyanın seriyalı istehsalına başlanıldığını və Türkiyənin milli təhlükəsizliyinə töhfə verməyə hazır olduğunu da sözlərinə əlavə edib.
