TÜRKİYƏ
1 dəqiqə oxuma
KARAOK tank əleyhinə raket sistemi ilk dəfə hava hədəfini uğurla məhv edib
ROKETSAN KARAOK qısa mənzilli tank əleyhinə raket sisteminin ilk dəfə hava hədəfini uğurla məhv etdiyini açıqlayıb
KARAOK tank əleyhinə raket sistemi ilk dəfə hava hədəfini uğurla məhv edib
KARAOK tank əleyhinə raket sistemi ilk dəfə hava hədəfini uğurla məhv edib

ROKETSAN KARAOK qısa mənzilli tank əleyhinə raket sisteminin ilk dəfə hava hədəfini uğurla məhv etdiyini açıqlayıb.

Şirkətin rəsmi internet səhifəsində edilən paylaşımda bu ifadələrə yer verilib:" KARAOK ilk dəfə hava hədəfini uğurla məhv edib. Yerüstü hədəflərlə yanaşı, hava hədəflərini də uğurla məhv etdiyini nümayiş etdirən bu sistem döyüş qabiliyyətimizi daha da gücləndirəcək’’.

İnfraqırmızı görüntüləmə başlığı ilə təchiz olunan KARAOK gecə-gündüz əməliyyat aparmaq qabiliyyətinə malikdir.

Sistem həm stasionar, həm də hərəkətli hədəflərə qarşı effektiv şəkildə istifadə oluna bilir.