DÜNYA
1 dəqiqə oxuma
İran İnqilab Keşikçiləri: Hörmüz boğazında MQ-1 PUA-sı vuruldu
ABŞ ordusundan isə mövzu ilə bağlı hələlik heç bir bəyanat verilməyib
İran İnqilab Keşikçiləri: Hörmüz boğazında MQ-1 PUA-sı vuruldu
(ARXİV) İran İnqilab Keşikçiləri: Hörmüz boğazında MQ-1 tipli PUA vuruldu

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazı səmasında ABŞ istehsalı olan MQ-1 tipli pilotsuz uçuş aparatının (PUA) vurulduğunu iddia edib.

İnqilab Keşikçiləri Korpusu məsələ ilə bağlı yazılı bəyanat yayıb.

Bəyanatda Hörmüz boğazı üzərində MQ-1 tipli PUA-nın İran hava hücumundan müdafiə sistemi tərəfindən aşkar edilərək vurulduğu bildirilib.

ABŞ ordusu tərəfindən iddialara dair hələ ki, hər hansı rəsmi açıqlama verilməyib.

ABŞ tərəfindən 1990-cı illərdə istehsal edilən MQ-1 tipli PUA-lar ilk vaxtlar müşahidə və kəşfiyyat məqsədilə nəzərdə tutulmuşdu. Daha sonra bu PUA-lara yeni kameralar və raketlər inteqrasiya olunub.