DÜNYA
1 dəqiqə oxuma
İran Hormüz boğazının qərbində "MQ-1" tipli pilotsuz uçuş aparatını məhv edib
İran İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazının qərbində ABŞ istehsalı olan "MQ-1" tipli pilotsuz uçuş aparatının (PUA) hədəf alındığını açıqlayıb
İran Hormüz boğazının qərbində "MQ-1" tipli pilotsuz uçuş aparatını məhv edib
İran Hormüz boğazının qərbində "MQ-1" tipli pilotsuz uçuş aparatını məhv edib

İran İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazının qərbində ABŞ istehsalı olan "MQ-1" tipli pilotsuz uçuş aparatının (PUA) hədəf alındığını açıqlayıb.

İranın rəsmi IRNA xəbər agentliyinin yaydığı məlumata görə, aparat ölkənin hava hücumundan müdafiə sistemləri tərəfindən aşkar edilərək məhv edilib. Xatırladaq ki, İran İnqilabı Keşikçiləri Korpusu bundan əvvəl də Hörmüz boğazı üzərində oxşar PUA-nın vurulduğunu elan etmişdi.

1990-cı illərdə ABŞ tərəfindən istehsal olunan "MQ-1" PUA-ları əvvəlcə yalnız müşahidə və kəşfiyyat məqsədləri üçün nəzərdə tutulsa da, sonradan kameralar və raketlərlə təchiz olunmuşdu.