Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CEV 2026 Avropa Çempionatının finalında İtaliyanı 3:2 hesabı ilə məğlub edərək çempion olan qadınlardan ibarət voleybol komandasını təbrik edib.
Dövlət başçısı sosial media hesabında etdiyi paylaşımda millinin uğurunu yüksək qiymətləndirib: "CEV 2026 Avropa Çempionu olaraq xalqımıza böyük qürur yaşadan qadınlardan ibarət voleybol millimizi bu tarixi uğur münasibətilə ürəkdən təbrik edirəm".





















