İsrail əsgərləri İordan çayının qərb sahilindəki məscidin daxilinə gözyaşardıcı qaz bombası atıblar.
Yerli media orqanlarının yaydığı görüntülərdə məscidə atılan qazdan onlarla fələstinlinin zəhərləndiyi görünür. Axşam namazı vaxtı baş verən insident zamanı ibadət edənlərin bir qismi məsciddən çıxmağa məcbur olub, bəziləri isə tüstüyə baxmayaraq namaza davam etdirməyə çalışıb.
TÖVSİYƏ EDİLƏN
Məlumata görə, gözyaşardıcı qazın təsirindən məsciddə olan iki fələstinli boğulma təhlükəsi ilə üzləşib.






















