TÜRKİYƏ
2 dəqiqə oxuma
B.Duran 30 Avqust Zəfər Bayramı münasibəti ilə təbrik mesajı paylaşıb
Burhanəddin Duran 30 Avqustun türk millətinin sarsılmaz iradəsinin ən güclü təzahürlərindən biri olduğunu bildirib
B.Duran 30 Avqust Zəfər Bayramı münasibəti ilə təbrik mesajı paylaşıb
Burhanəddin Duran

Türkiyə Respublikası Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Burhanəddin Duran "NSosyal" hesabında 30 Avqust Zəfər Bayramı münasibətilə təbrik mesajı paylaşıb.

B.Duran paylaşımında 30 Avqustun birlik və bərabərlik içində sıx birləşən, öz istiqlalını və istiqbalını hər cür dəyərdən üstün tutan türk millətinin sarsılmaz iradəsinin ən güclü təzahürlərindən biri olduğunu bildirib.

Bu tayı-bərabəri olmayan zəfərlə millətin öz gələcəyini müəyyənləşdirmək iradəsini, vətənin bütövlüyünü və müstəqilliyini hər bir şəraitdə qorumaq qətiyyətini bütün dünyaya bəyan etdiyini vurğulayan B.Duran deyib:

"Bu gün Türkiyə dövləti 30 Avqustda nümayiş olunan müstəqillik ruhundan aldığı güclə, öz qərarlarını özü verən, bölgədə və dünyada nüfuzu getdikcə artan, güclü və özünəinamlı bir ölkə olaraq yoluna qətiyyətlə davam edir. Möhtərəm Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə yüzili hədəflərimiz istiqamətində atdığımız hər addımda Milli Mübarizənin bizlərə miras qoyduğu istiqlal ruhunu və məsuliyyət hissini gələcəyə daşıyırıq. Ölkəmizi daha güclü, daha firavan və daha nüfuzlu bir gələcəyə çatdırmaq üçün qətiyyətlə çalışırıq. Bu əlamətdar gündə Qazi Mustafa Kamal Atatürk başda olmaqla Milli Mübarizəmizin bütün qəhrəmanlarını, vətənimizin müstəqilliyi uğrunda canlarını fəda edən əziz şəhidlərimizi rəhmət və minnətdarlıqla, qəhrəman qazilərimizi isə şükranla yad edirəm. 30 Avqust Zəfər Bayramımız mübarək olsun!"

B.Duranın paylaşımında Prezident Rəcəb Tayyib Ərdoğanın Yəhya Kamal Bəyatlının "26 Avqust 1922" adlı şeirini səsləndirdiyi və Böyük Hücuma aid görüntülərin yer aldığı videoya da yer verilib.

MƏNBƏ:TRT