Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Öncü Keçeli Yunanıstan tərəfindən elan edilən "Sənaye və Təchizat Zənciri Xüsusi Məkan Çərçivəsi" ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Ö.Keçeli paylaşımında deyib: "Yunanıstan tərəfindən Egey dənizini də əhatə edəcək şəkildə 28 avqust tarixində elan edilən Sənaye və Təchizat Zənciri Xüsusi Məkan Çərçivəsi ölkəmiz üçün hər hansı hüquqi nəticə verməyəcəkdir. Bu qərar müvafiq beynəlxalq müqavilələrlə Yunanıstana verilməmiş coğrafi obyektlər də daxil olmaqla, iki ölkə arasındakı bir-biri ilə əlaqəli Egey dənizi problemləri çərçivəsində ölkəmiz üçün hər hansı hüquqi qüvvəyə malik deyildir."
Türkiyənin 7 dekabr 2023-cü il tarixli "Dostluq Münasibətləri və Yaxşı Qonşuluq haqqında Afina Bəyannaməsi"nə uyğun yanaşmanın mənimsənilməsi mövqeyini qoruduğunu qeyd edən Ö.Keçeli Egey dənizinin iki sahil ölkəsindən biri kimi Yunanıstan ilə əməkdaşlığa hər zaman hazır olduqlarını bir daha vurğulayıb.






















