TÜRKİYƏ
1 dəqiqə oxuma
Ukraynanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb
Qara dənizdə hədəf alınan Türkiyə gəmiləri ilə əlaqədar Xarici İşlər Nazirliyi etirazını bildirib
Ukraynanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb
Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin binası

Türkiyə Respublikası Xarici İşlər Nazirliyindən verilən məlumatta görə, 2026-cı il 26 avqust tarixində Türkiyə tərəfindən idarə olunan "Lider Bordo Mavi" adlı gəmi Qara dənizdə, Tuapse sahillərində vurulub. Adı çəkilən gəmini xilas etmək üçün ertəsi gün (27 avqust) göndərilən "Lider Kocatepe" gəmisi də hədəf alınıb.

Baş verən hadisələrin ardından Ukraynanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Nəriman Cəlalov avqustun 29-da Xarici İşlər Nazirliyinə çağırılıb. Nazirlikdən bildiriblər ki, görüşdə Türkiyə sözügedən hücumlarla bağlı etiraz edib. Həmçinin Qara dənizdə can, əmlak, gəmiçilik və ətraf mühit təhlükəsizliyinin təmin edilməsinin məcburiyyət təşkil etdiyinə dair xəbərdarlıqlar olunub.

MƏNBƏ:TRT