TÜRKİYƏ
1 dəqiqə oxuma
Türkiyə Daxili İşlər Nazirliyindən Girnə sahillərində batan gəmi ilə bağlı bəyanat
Türkiyə Daxili İşlər Nazirliyi Girnə-Taşucu reysini həyata keçirən "FİLOJET" adlı sərnişin gəmisinə su dolması səbəbilə ərazidə genişmiqyaslı axtarış-xilasetmə əməliyyatına başlanıldığını bildirib
Türkiyə Daxili İşlər Nazirliyindən Girnə sahillərində batan gəmi ilə bağlı bəyanat
Türkiyə Daxili İşlər Nazirliyindən Girne sahillərində batan gəmi ilə bağlı bəyanat

Türkiyə Daxili İşlər Nazirliyi Şimali Kipr Türk Respublikasının (ŞKTR) Girnə sahillərində batma təhlükəsi ilə üzləşən sərnişin gəmisi ilə bağlı həyata keçirilən əməliyyat barədə mətbuat aşıqlaması keçirib.

Nazirlikdən verilən məlumata görə, 2026-cı il 30 avqust tarixində Girnə Limanından Mersin Taşucu Limanına doğru hərəkət edən sərnişin gəmisinə su dolmağa başlayıb. Göyərtəsində 259 sərnişin və 8 heyət üzvünün olduğu "FİLOJET" adlı sərnişin gəmisinin limandan 4 mil aralıda batma təhlükəsi keçirdiyi barədə məlumat daxil olub.

Məlumata əsasən, xəbərdarlıqdan dərhal sonra başlanılan xilasetmə işləri çərçivəsində əraziyə Türkiyə və ŞKTR-dən çoxlu sayda briqada cəlb edilib. Mətbuata verilən açıqlamada deyilir:

"Axtarış-xilasetmə tədbirləri çərçivəsində ŞKTR Sahil Mühafizə Komandanlığına aid 4 üzən vasitə və "AKGÜNLER 3" adlı sərnişin gəmisi əraziyə göndərilib. Bizim Sahil Mühafizə Komandanlığımız tərəfindən isə əraziyə 5 üzən vasitə və 2 Sahil Mühafizə helikopteri cəlb olunub. Bundan əlavə, Hərbi Dəniz Qüvvələri Komandanlığı tərəfindən regionda aparılan işlərə dəstək vermək məqsədilə 6 dəniz vasitəsi cəlb edilib. Axtarış-xilasetmə işləri aidiyyəti qurumlar arasında koordinasiya olunmuş şəkildə, həssaslıqla davam etdirilir."

MƏNBƏ:TRT