Prezident Aparatının 7-ci Beynəlxalq Yexta Yarışlarının üçüncü mərhələsi olan "Zəfər Kuboku" yekunlaşıb.
Türkiyə Cümhuriyyəti Prezidenti Aparatının himayəsi, Mədəniyyət və Turizm Nazirliyi ilə Gənclər və İdman Nazirliyinin dəstəyi, İstanbul Valiliyi və Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin (TGA) əməkdaşlığı ilə İstanbul Açıq Dəniz Yaxta Yarış Klubunun təşkil etdiyi Prezident Aparatının 7-ci Beynəlxalq Yaxta Yarışlarının üçüncü mərhələsi olan "Zəfər Kuboku"na 58 komanda və 600-dən çox idmançının iştirakı ilə Çırağan sarayının qarşısından start verilib.
30 Avqust Zəfər Bayramının mirasına ehtiram xarakteri daşıyan xüsusi mərhələdə start siqnalı ilə yelkənlər İstanbul boğazının çətin küləklərinə qarşı açılıb. 600-dən çox idmançı Arnavutköy tərəfdə yekunlaşan yarışda rəqabət aparıb.
"Zəfər Kuboku"nu Səlim Kakışın kapitanlıq etdiyi "Zacapa" gəmisi qazanıb. Oğuz Ayanın başçılıq etdiyi "Angel's Of CMC Holding" komandası ikinci yeri tutub, Levent Peynircinin rəhbərlik etdiyi "Enka" heyəti isə yarışı üçüncü pillədə başa vurub.
İstanbul Açıq Dəniz Yaxta Yarış Klubunun sədri Ekrem Yemlihaoğlu 30 Avqust Zəfər Bayramında belə bir tədbir keçirdiklərinə görə böyük qürur duyduqlarını bildirərək deyib: "600-dən çox idmançımızın bayrağımızla bəzədilmiş yelkənlilərlə apardığı bu mübarizə şanlı tariximizə və zəfərimizin irsinə yaraşan vizual şou təqdim etdi. Biz yalnız bir idman yarışı keçirmədik. Keçmişimizə minnətdarlığımızın göstəricisi olan bu nəhəng tədbirə töhfə verən bütün qurumlarımıza və sahili dolduraraq bu coşqunu bizimlə bölüşən istanbullulara təşəkkür edirəm".






















