DÜNYA
1 dəqiqə oxuma
Rumıniya Hərbi Hava Qüvvələri ölkənin hava məkanını pozan iki PUA-nı zərərsizləşdirib
Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus ‘‘F-16’’ qırıcıları ölkənin hava məkanını pozan iki pilotsuz uçuş aparatını zərərsizləşdirib
Rumıniya Hərbi Hava Qüvvələri ölkənin hava məkanını pozan iki PUA-nı zərərsizləşdirib
Rumıniya Hərbi Hava Qüvvələri ölkənin hava məkanını pozan iki PUA-nı zərərsizləşdirib / َAA

Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus ‘‘F-16’’ qırıcıları ölkənin hava məkanını pozan iki pilotsuz uçuş aparatını zərərsizləşdirib. Bu barədə ölkənin Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Müdafiə naziri Radu Miruta rəsmi internet səhifəsində etdiyi paylaşımda hadisənin Sulina qəsəbəsindən təxminən 20 kilometr cənub-şərqdə baş verdiyini təsdiqləyib. Nazirin sözlərinə görə, birinci PUA yerli vaxtla saat 17:59 radələrində hava məkanına daxil olub və cəmi iki dəqiqədə vurulub. İkinci PUA isə bundan beş dəqiqə sonra, saat 18:05-də aşkar edilərək zərərsizləşdirilib.

Qeyd olunur ki, bu hadisə Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin sərhəddən kənara yayılmasının növbəti göstəricisidir. NATO qüvvələri bu il ərzində Rumıniya hava məkanında artıq dörd dron vurub.

Rusiya-Ukrayna müharibəsi başladıqdan bəri Ukrayna ilə həmsərhəd olan Rumıniyanın hava məkanı dəfələrlə pozulub. İki ölkə arasındakı sərhədin böyük hissəsi Dunay çayı boyunca, Rusiya qüvvələrinin tez-tez hədəf aldığı Ukrayna limanlarının yakınlığında yerləşir.