TÜRKİYƏ
1 dəqiqə oxuma
Prezident Ərdoğan: "Türkiyə Səudiyyə Ərəbistanının yanındadır"
Prezident Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman ilə telefon danışığı aparıb
Prezident Ərdoğan: "Türkiyə Səudiyyə Ərəbistanının yanındadır"
(ARXİV) Prezident Ərdoğan: "Türkiyə Səudiyyə Ərəbistanının yanındadır"

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən bəyanata əsasən, telefon danışığı zamanı regiondakı son proseslər və Səudiyyə Ərəbistanına qarşı həyata keçirilən hücumlar müzakirə olunub.

Prezident Ərdoğan Vəliəhd Məhəmməd bin Salmana Türkiyə olaraq Səudiyyə Ərəbistanı ərazisini hədəf alan husi hücumlarını ən kəskin şəkildə pislədiklərini çatdırıb, həyatını itirənlərlə bağlı kədərini və başsağlığı diləklərini ifadə edib.

Ərdoğan Türkiyənin növbəti dövrdə də Səudiyyə Ərəbistanının yanında olacağını və bu çətinliyin dəf ediləcəyinə inandığını vurğulayıb.