DÜNYA
1 dəqiqə oxuma
NATO-nun "Steadfast Noon" təlimi oktyabrın 13-də başlayacaq
NATO-dan verilən yazılı açıqlamada 17 ölkənin qatılacağı təlimin əvvəlcədən planlaşdırılmış rutin tədbir olduğu bildirilib
NATO-nun "Steadfast Noon" təlimi oktyabrın 13-də başlayacaq
NATO-nun "Steadfast Noon" təlimi oktyabrın 13-də başlayacaq

NATO-nun nüvə silahlarından çəkindirmə təlimi olan "Steadfast Noon" oktyabrın 13-də İtaliyanın ev sahibliyi ilə başlayacaq. NATO-dan verilən yazılı açıqlamada 17 ölkənin qatılacağı təlimin əvvəlcədən planlaşdırılmış rutin tədbir olduğu bildirilib.

Bəyanatda vurğulanıb ki, məqsəd alyansın döyüş hazırlığını, eləcə də müdafiə və çəkindirmə imkanlarını yoxlamaqdır.

Təlim zamanı həqiqi silahlardan istifadə olunmayacağı vurğulanıb. Təlimin heç bir ölkəyə qarşı yönəlmədiyi qeyd olunub. NATO-nun baş katibi Mark Rutte deyib: "NATO müdafiə ittifaqıdır. Bu təlim sülhü qorumaq, təcavüzün qarşısını almaq üçün bizə kömək edir. Təlim həmçinin birlik və qətiyyət mesajı verir".